Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalça Muzeyində növbəti mühazirə zərgərlik məmulatları mövzusuna həsr ediləcək
02.03.2020

Martın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Zərgərlik məmulatları” kolleksiyasına yeni daxil olan Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan XIX əsrə aid asma bəzəklərin tarixinə dair mühazirə keçiriləcək.

Muzeydən bildirilib ki, “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşan mühazirə muzeyin elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova tərəfindən Azərbaycan dilində təqdim olunacaq.

Mühazirəyə hər kəs qatıla bilər.

 
Oxşar Xəbərlər

    ×