Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Orxan Erdem: TÜRKSOY-un bütün layihələri dünya mədəni irsinin zənginləşməsinə töhfədir
05.03.2020

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) fəaliyyətə başladığı gündən böyük inkişaf yolu keçib. Təşkilatın hər bir layihəsi dünya mədəni irsinin zənginləşməsinə töhfədir. TÜRKSOY yeni-yeni layihələrlə fəaliyyət dairəsini genişləndirdikcə türk xalqlarının mədəni inteqrasiyasını daha da gücləndirir.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Orxan Erdem ifadə edib.

Şimali Kipr əsilli, görkəmli şair Harid Fedainin fəaliyyətini yüksək dəyərləndirən millət vəkili deyib: “Fedainin həyat və yaradıcılığı bütün türk dünyası üçün əhəmiyyətlidir. O, həyatının əsas hissəsini yazıb-yaratmağa, təhsilə və ictimai işlərə həsr edib. Onun əsərləri yazılı ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayıb. Əminliklə deyə bilərəm ki, Harid Fedainin əbədiyyətə qədər sevilə-sevilə oxunacaq və xalqlarımıza fayda gətirəcək. Şairin 90 illiyi münasibətilə TÜRKSOY tərəfindən təşkil olunan mərasim Harid Fedainin timsalında türk dünyasının bütün öncüllərinə göstərilən ehtiramdır”.

 
Oxşar Xəbərlər

    ×