Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Qadınlar Günü münasibətilə “Sizin üçün” adlı konsert proqramı təqdim ediləcək
05.03.2020

Martın 6-da Dövlət Uşaq Filarmoniyasında Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçiriləcək.

“Sizin üçün” adlı proqramda “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edəcək.

Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.

 
Oxşar Xəbərlər

    ×