Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalq artisti Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb
06.03.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.

Kitabxanadan bildirilib ki, bülletendə “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, yaradıcılıq fəaliyyəti, müəllimləri, onun oynadığı teatr tamaşaları əks olunub. Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin “YouTube” kanalında yerləşdiyi versiyalarının linkləri göstərilib. Həmçinin Leyla Bədirbəylinin görkəmli şəxsiyyətlər haqqında sözləri və yaradıcı insanların onun haqqında fikirləri də verilib.

 
Oxşar Xəbərlər

    ×