Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“ValuweTV” televiziya kanalında azərbaycanlı qadınlardan danışılıb
10.03.2020

Niderlandın Brabant əyalətinin “Valuwe TV” televiziya kanalında azərbaycanlıların 8 mart –Beynəlxalq Qadınlar Günü münasibətilə Nijmegen şəhərində təşkil etdiyi tədbir yayımlanıb.

Verilişdə ölkəmizdə Beynəlxalq Qadınlar Gününün bayram edilməsindən danışılıb.

Avropa Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının üzvü, Brabant Azərbaycanlılar Mərkəzinin sədri Ofelya Babayeva azərbaycanlı qadınların cəmiyyətdə yerindən, rolundan, qadın hüquqlarından söz açıb.

XX əsrin əvvəllərində bir çox Avropa ölkələrindən də əvvəl Azərbaycan qadınına səsvermə hüququ verildiyini diqqətə çatdıraraq Azərbaycan qadınlarının Avropaya inteqrasiyasından, uğurlarından söz açıb. O. Babayeva özünün artıq 15 ildən çoxdur Niderland şirkətində çalışmasından və uğurlarından danışıb.

Brabant Azərbaycanlılar Mərkəzi yerli əhaliyə ölkəmizin həqiqətlərini tanıtmaq istiqamətində fəal iş aparır. Mərkəzin sədr müavini Cəmilə Məmmədova Azərbaycan musiqisi, rəqsi və mətbəxinin təşviqi ilə bağlı yerli bələdiyyələrlə əməkdaşlıq edir. Ölkəmizin mədəniyyətini əks etdirən sərgilər təşkil olunur. Soydaşlarımız ölkəmizi Brabant əyalətində layiqincə təmsil edirlər.

 
Oxşar Xəbərlər

    ×