Martın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Milli Teatr Günü münasibətilə “Səhnəmizin parlaq ulduzları” adlı sərgi keçirilib.
İdarədən bildirilib ki, sərgidə Azərbaycan teatr tarixində əvəzsiz xidmətləri olan incəsənət xadimləri, aktyor və aktrisalar haqqında kitablar nümayiş edilib.
Sərgi kitabxanaya gələn qonaqların böyük marağına səbəb olub.