“EL ESPAÑOL” portalında paytaxtımızın mədəniyyətinə və tarixi irsinə həsr olunmuş ”Bakı, Azərbaycanda ənənələr və müasirlik” sərlövhəli məqalə dərc olunub. Məqalədə Bakının Azərbaycanın elmi-texniki və sənaye mərkəzi olduğu bildirilir. Tarixi yaddaşın müasirliklə daima təmasda olduğu bu şəhərin bənzərsiz gözəlliyini seyr etməkdən ötrü buraya səyahət etmək arzusunda olanların sayı gün-gündən çoxalır.
Bakının tarixi keçmişi, coğrafi mövqeyi barədə məlumat verən məqalənin müəllifləri Içərişəhərin Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektlərinin siyahısına daxil olmasını vurğulayırlar.
“EL ESPAÑOL” ispaniyalı turistləri dəb, şoppinq və musiqi həvəskarları üçün ideal istirahət məkanı ola biləcək Bakıya səyahətə dəvət edir. ”Kristal-holl”da və Heydər Əliyev mərkəzində il ərzində dünya ulduzlarının konsertləri, Bakı Caz mərkəzində isə müxtəlif caz üslublarında şoular təşkil olunur.