Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb
12.03.2020

“Ozan dünyası” jurnalının 2020-ci ildə ilk nömrəsi işıq üzü görüb.

İstər respublikamızda, istərsə də bir sıra xarici ölkələrdə aşıq sənətinin təbliğində, bu sənətə dair yeni-yeni araşdırmaların nəşr olunmasında mühüm xidmətləri olan jurnalın bu nömrəsində də oxucular aşıq sənətinin və bütövlükdə folklorumuzun araşdırıcısı olan alimlərimizin maraqlı elmi-tədqiqat yazıları, eləcə də, ustad aşıqların, tanınmış sazbəndlərin həyat və yaradıcılıqlarından bəhs edən maraqlı məqalələrlə, poetik nümunələrlə tanış ola biləcəklər.

Xatırladaq ki, “Ozan dünyası” jurnalı Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası və məsləhəti ilə Azərbaycan Aşıqlar Birliyinin orqanı kimi 2010-cu ildən nəşrə başlayıb. Redaksiya heyətində respublikamızın görkəmli alimlərinin və sənət adamlarının təmsil olunduğu jurnal son üç ildə baş redaktorun şəxsi vəsaiti ilə çap olunaraq müvafiq sahənin tədqiqatçıları və digər maraqlananlar arasında pulsuz yayımlanır.

Jurnalın baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 
Oxşar Xəbərlər

    ×