Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Mərkəzi İncəsənət Məktəbinin şagirdi konfransda iştirak edib
13.03.2020

Litvanın paytaxtı Vilnüsda “Ənənəvi incəsənətin professional musiqinin inkişafina təsiri” adlı musiqi və incəsənət məktəbləri şagirdlərinin beynəlxalq konfransı keçirilib.

Konfransda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdi Murad Allahverdili iştirak edib.

“Azərbaycan məqamları–Azərbaycan musiqi mədəniyyətinin xəzinəsidir” mövzusunda məruzə ilə çıxış edən M.Allahverdili dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən müəyyən edilmiş Azərbaycan xalq musiqisinin əsasını təşkil edən 7 əsas məqamdan və onların professional musiqidə istifadəsindən bəhs edib.

Təqdimatda nümunə olaraq Azərbaycan muğamı ilə yanaşı, Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərlərindən fraqmentlər də nümayiş olunub.

 
Oxşar Xəbərlər

    ×