Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Elmi seminar: mədəni insan düsturu
13.03.2020

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Mədəni insan düsturu” mövzusunda seminar keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov məruzə ilə çıxış edib. Bildirib ki, müasir kulturalogiyanın qarşısında duran məsələlərdən biri də mədəni insan problemidir. Bu problemin tədqiqi müasir dövrün aktual məsələlərindən hesab olunur.

N.Abbasov hələ orta əsrlərdən aktual olan “mədəni insan” problemi haqqında filosofların fikirlərini diqqətə çatdırıb. Məruzəçi mədəni insan formulunu şərtləndirən əsas amillərdən də danışıb.

Sonda seminar iştirakçıları mövzuyla bağlı fikir mübadiləsi aparıblar.

 
Oxşar Xəbərlər

    ×