Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalqımızın bu sınaqdan uğurla çıxacağına inanıram
30.04.2020

Bu gün planetimizin bütün canlı məxluqatının vətəni olan Yer kürəsi koronavurus (COVID-19) təhlükəsi ilə üz-üzədir. Onunla mübarizədə dünyaya meydan oxuyan superdövlətlər də çaş-baş salıb. Elə bu səbəbdəndir ki, dünyada həyəcan siqnalı çalınıb və əksər ölkələrdə xüsusi karantin rejimi elan olunub.

Xüsusi karantin rejimində yaşayan şair Əşrəf Veysəlli müxbir ilə telefon söhbətində bildirib: “Hamımız ümumbəşəri bir bəlaya giriftar olmuşuq. Yaşımla əlaqədar olaraq evdən bayıra çıxmıram. Dahilərdən birinin belə bir sözü var ki, əgər zəmanə səninlə razılaşmırsa, sən zəmanə ilə razılaşmalısan. Ona görə indiki şəraitdə yeganə bir düzgün yol varsa, o da həkim və mütəxəssislərin tövsiyəsinə əməl etməkdir. Çox yaxşı ki, dövlətimiz virusun ölkəmizdə geniş yayılmaması üçün vaxtında qabaqlayıcı tədbirlər gördü, əks halda, ciddi fəsadlarla üzləşərdik. Mən bu fürsətdən istifadə edib vaxtımı daha çox mütaliə və yaradıcılıqla məşğul olmağa sərf edirəm. Bu müddətdə ayrı-ayrı vaxtlarda müəlliflər, yazıçı dostlarım tərəfindən bağışlanan, amma oxumağa imkan tapmadığım kitabların demək olar ki, hamısını mütaliə etmək imkanı tapdım. Nə qədər də məsləhət olsa, bu rejimdə yaşamağa hazıram”.

Şair daha sonra deyib: “Pandemiya dövründə bir sıra yeni dəyərlərə sahib olduq, yeni vərdişlər qazandıq. Şübhəsiz ki, bu sınaq həkimlərə olan inamı artırdı, kitaba, musiqiyə olan məhəbbəti daha da gücləndirdi, virtual əlaqələri genişləndirdi. Yeni dövrün bir sıra çətinliklərinə baxmayaraq, xalqımızın bu sınaqdan da uğurla çıxacağına inanıram”.

Oxşar Xəbərlər

    ×