Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir
30.04.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində kitabxananın “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan qələm adamları ilə əməkdaşlığı davam edir.

Oxucularla virtual əlaqə saxlayan Mərkəzi Kitabxanaya bu günə qədər bir çox yazarlar əsərləri ilə dəstək olublar. Aksiyaya Azərbaycanın bölgələrində yaşayan yazarlar da qoşulub. Bu əsərlər oxucuların vaxtlarını səmərəli keçirməklərində faydalı olur, vəziyyətin dərindən dərk etməsinə insanlara kömək edir.

Kitabxanadan bildirilib ki, aksiyada bundan əvvəl də iştirak edən Xuraman İsmayılova növbəti şeirini kitabxanaya təqdim edib.

Hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında fəaliyyət göstərən Xuraman İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb,

On bir bədii-publisistik kitabın, yüzdən artıq elmi-publisistik məqalənin müəllifi, doqquz biblioqrafik məlumat kitabının tərtibçisi, onlarla kitabların redaktorudur.

Təqdim edilən şeirdə Allaha sığınaraq, pandemiyadan insanların qoruması çağırış kimi səslənir.

 
Oxşar Xəbərlər

    ×