Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 97 illiyi münasibətilə "İşıqlı bir xatirə" adlı videoçarx hazırlayıb.
Kitabxanadan bildirilib ki, videoçarxa aşağıdakı keçidə daxil olaraq baxmaq olar:https://m.facebook.com/story.php
Qeyd edək ki, görkəmli alim Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.