Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.
Kitabxanadan bildirilib ki, Mərkəzi Kitabxana Baş İdarənin təşəbbüsü ilə həyata keçirilən #mənoxudumsəndəoxu layihəsi çərçivəsində “Nağıl saatı”nda əməkdaşı Aygün Rzayevanın səsləndirdiyi “Qoğal” rus xalq nağılını təqdim edib.