Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Mehriban Xanlarova olub
01.05.2020

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayınlar uğurla davam edir.

Kitabxanadan bildirilib ki, aprelin 30-da keçirilən canlı yayının növbəti qonağı Əməkdar artisti, Akademik Milli Dram Teatrın aktrisası Mehriban Xanlarova olub. Qısa bir zaman kəsiyində öz ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayınına da minə yaxın istifadəçi qatılıb. Canlı yayının aparıcısı, kitabxananın şöbə müdiri Günay Həsənovanın və istifadəçilərin suallarını cavablandıran Mehriban xanım sənətə gəlişindən, ilk rollarından, bir səhnəni bölüşdüyü dahi korifeylər ilə xatirələrindən danışıb. Söhbət əsnasında teatr və kino sənətinin maraqlı parelelləri aparılıb, qonaq həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açıb.

M. Xanlarova Türkiyədə aparılan serial çəkilişləri haqqında danışaraq, qardaş ölkədə kino çəkilişlərinin maraqlı nüanslarından bəhs edib. Bundan əlavə, canlı yayın zamanı müasir teatr və kino sənəti, tamaşaçı tələbatı və s. mövzular ətrafında maraqlı söhbətlər aparıb. Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.

 
Oxşar Xəbərlər

    ×