Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Balaca rəssamlar “Biz qalib gəldik, çünki həqiqət bizimlə idi” rəsm müsabiqəsində iştirak ediblər
05.05.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadənin Mənzil Muzeyi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Biz qalib gəldik, çünki həqiqət bizimlə idi” adlı rəsm müsabiqəsi elan edib.

İdarədən bildirilib ki, müsabiqədə M.Ə.Sabir adına şəhər kütləvi kitabxananın “Rəsm” kursunun şagirdləri Aysel Həsənzadə, Röya Kazımova, Leyla İsmayıllı, Şamil Hüseynli, Nuriyyə Təhməzova da iştirak ediblər.

Qoy həmişə sülh olsun! Əsgərlər əllərində silah deyil, sülh carçısı olan göyərçinlər tutsunlar! Qələbə sevinci qəlbləri riqqətə gətirib, gələcəyə inamı möhkəmləndirsin!

Sülh arzulu, qələbə sevincli rəngarəng rəsm əsərləri uşaqların müharibəyə nifrətini, əmin-amanlıq diləklərinin boyaların dili ilə ifadəsidir.

Oxşar Xəbərlər

    ×