Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Rusiya Azərbaycanlı Gənclər Birliyi poeziya almanaxı dərc edəcək
06.05.2020

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) gənc şairlərin yaradıcılığından ibarət poeziya almanaxı dərc edəcək.

RAGB yaradıcı gənclər arasında müsabiqə elan edib. Gənc müəlliflərin müsabiqədə seçiləcək şeirləri poeziya almanaxına daxil ediləcək.

Müsabiqədə qatılmaq istəyən gənclər mayın 20-dək öz şeirlərini projects@amor.az elektron poçt ünvanına göndərə bilərlər. Müəllifin ad və soyadı, təhsil aldığı ali məktəb, telefon nömrəsi “Word” formatında göstərilməklə məktuba əlavə edilib. Hər müəllif müsabiqəyə beş şeirini təqdim edə bilər.

Oxşar Xəbərlər

    ×