Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Muğam Mərkəzindən yayımlanacaq növbəti konsert Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq
06.05.2020

Beynəlxalq Muğam Mərkəzindən (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu gün yayımlanacaq növbəti konsert ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq.

BMM-nin solistləri xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndirəcəklər.

“Mədəniyyət” kanalı və BMM-nin “Facebook” səhifəsindən canlı yayımlanacaq efirdə xanəndələr Babək Quliyev ( Şuşalı) "Qızıl güllər arasında" və "Vilayəti" təsnifi, Elnur Zeynalov "Şur" təsnifi , Səbinə Ərəbli "Mehriban həkim" mahnisini, balaban ifaçısı Rəfael Əsgərovun ifasında isə "Azərbaycan maralı" xalq mahnısı təqdim olunacaq.

 
Oxşar Xəbərlər

    ×