Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Birlikdə mütaliə edək” adlı yeni layihəyə start verilib
06.05.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxucuların biliyini zənginləşdirmək, dünyagörüşünü inkişaf etdirmək və asudə vaxtını səmərəli təşkil etmək məqsədlə “Birlikdə mütaliə edək” adlı layihəyə başlayıb.

İdarədən bildirilib ki, layihə çərçivəsində Mərkəzi Kitabxana nəşrlərin pdf formalarının daxil olduğu “Birlkdə mütaliə edək” adlı elektron kitabxana-kataloqunu hazırlayıb. Oxucular elektron kitabxana-kataloqunda Azərbaycan və dünya, o cümlədən uşaq ədəbiyyatının qızıl fonduna daxil olan bədii əsərlərlə yanaşı, elmi-kütləvi ədəbiyyatın ən maraqlı nümunələri ilə tanış olacaq və onları mütaliə edə biləcəklər.

“Birlikdə mütaliə edək” adlı kitabxana-kataloqun sizə təqdim olunan ilk buraxılışı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin http://sabail.cls.az/documentCategory/123 saytına daxil olaraq tanış ola bilərsiniz.

Oxşar Xəbərlər

    ×