Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyev ilə keçirilib.
Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlı yayıma 600-ə yaxın izləyici qatılıb. Qonaq psixoterapiya, psixiatriya və psixologiya terminləri haqqında danışıb, onların tərifini verərək bu anlayışlar arasında olan fərqi izləyicilərin diqqətinə çatdırıb. Həmçinin qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsi zəruriyyətindən də söhbət açıb.
Əli Nağıyev canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın şöbə müdiri Günay Həsənovanın da suallarını cavablandırıb. Canlı yayım zamanı yuxu problemi, təlaş, posttravmatik pozuntular və s. mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
Sonda qonaq bu cür canlı yayımların keçirilməsi zəruriyyətini vurğulayıb və Respublika Gənclər Kitabxanasına və izləyicilərə öz minnətdarlığını bildirib.