Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) görkəmli musiqiçilərin iştirakı ilə Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olması münasibətilə klip hazırlayıb.
Klipin hazırlanmasında 10 ölkədən 18 görkəmli musiqiçi iştirak edib. Layihənin icrası TÜRKSOY-un Ankaradakı Mərkəzi Qərargahından distant yolla təmin olunub.
Qeyd edək ki, qədim Xivə şəhəri 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilib. Bu haqda qərar ötən ilin sonunda Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında elan olunub. Məlum pandemiya səbəbindən “Xivə-2020” açılış mərasimi təxirə salınıb.