Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Qələbə günü münasibətilə igid döyüşçülərimiz haqqında silsilə videoslaydlar təqdim edilib
09.05.2020

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Qələbə Günü münasibətilə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunmuş videoslaydlar yaradaraq öz “Instagram” və “Facebook” hesablarında izləyicilərinə təqdim edib.

Kitabxanadan bildirilib ki, əsas fəaliyyət istiqamətlərindən biri maarifçilik olan kitabxana, öz növbəsində hazırladığı videoslaydlar vasitəsilə tariximizi gənc nəslə çatdırır.

Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar.

Azərbaycan xalqı öz qəhrəman oğullarını unutmur.

 
Oxşar Xəbərlər

    ×