Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq onlayn konfrans keçiriləcək
13.05.2020

Mayın 15-də “İçərişəhər” Muzey Mərkəzi Gürcüstan Milli Muzeyi ilə birgə 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq onlayn konfrans keçirəcək.

Konfrans tarixi və coğrafi baxımdan yaxın qonşularımızın beynəlxalq təcrübələri ilə tanış olmaq imkanı verəcək. Görüşdə, həmçinin gürcüstanlı həmkarlarla muzey sahəsində gələcək əməkdaşlıq imkanları da müzakirə ediləcək.

“Zoom” konfransda iştirak etmək istəyənlər aydan.selimkhanova@gmail.com elektron ünvanına qısa mesaj göndərməklə qeydiyyatdan keçə bilərlər.

Oxşar Xəbərlər

    ×