Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Təklif. Elçilik” növbəti dəfə onlayn göstəriləcək
16.05.2020

Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi “Təklif. Elçilik” tamaşasını teatrsevərlər üçün növbəti dəfə mayın 30-da onlayn təqdim edəcək.

Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcəklər.

Səhnə əsəri saat 19:00-da teatrın sosial şəbəkədəki hesabları vasitəsilə göstəriləcək.

 
Oxşar Xəbərlər

    ×