Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
COVID-19: “Eurovision 2020” mahnı müsabiqəsi “təcrid konserti” ilə əvəz olundu
17.05.2020

Rotterdamda keçirilməsi nəzərdə tutulmuş “Eurovision” mahnı müsabiqəsi COVID-19 pandemiyasına görə qəribə formatda təşkil edilib və izləyiciləri təəccübləndirib.

Koronavirus epidemiyasına görə ləğv edilmiş ənənəvi mahnı müsabiqəsi “təcrid konserti” ilə əvəz olunub. Onlayn keçirilmiş “təcrid konserti” 41 iştirakçı ölkənin namizədlərini və müsabiqənin əvvəlki qaliblərini bir araya gətirib.

Namizədlər və qaliblər birlikdə təcrid olunduqları bağ, salon, studiya və digər məkanlardan onlayn şəkildə 1997-ci ildə Böyük Britaniyanın Katrina qrupunun müsabiqədə qalib gəldiyi “Love Shine a Light” mahnısını ifa ediblər.

Yalnız gecənin aparıcısı müsabiqənin keçirilməli olduğu Rotterdamdan qoşulub.

“Eurovision 2021” mahnı müsabiqəsinin yenidən Niderlandda keçiriləcəyi bildirilib.

 
Oxşar Xəbərlər

    ×