Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Pandemiya ilə mübarizə xalqımızın taleyüklü məsələlərin həllində daim dövlətin və hökumətin yanında olduğunu bir daha sübut etdi
18.05.2020

Bildiyimiz kimi, artıq bu gündən karantin rejimi yumşalır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanlarımızın təhlükəsizliyi üçün nəzərdə tutulan müəyyən qadağalar qismən aradan qaldırılır. Ancaq bu, heç də o demək deyil ki, biz əvvəlki həyatımıza bir anın içində qayıda bilərik. Əlbəttə ki, hər zaman gigiyena qaydalarına tam əməl etməliyik. Düşünürəm ki, hələ bəşəriyyət bu bəladan tam qurtulmayıb, hər an biz virusun daha da dəhşətli dalğası ilə qarşılaşa bilərik, əgər bizim üçün nəzərdə tutulan qaydalara tam əməl etməsək...

Bu sözləri tanınmış rəssam Aqşin Mir Feyzullazadə deyib.

O bildirib ki, əslində, dünyanı bürüyən bu xəstəlik bizlərə bir sınaq oldu, biz də bu sınaqlardan üzüağ çıxdıq. Bunun üçün Prezident İlham Əliyevin

diqqət və qayğısı - Koranavirsula Mübrizəyə Dəstək Fondunun yaradılması və dövlətimizin başçısının təşəbbüsü ilə atılan digər addımlar bizim bu mübarizədən alnıaçıq və üzüağ çıxmağımıza kömək etmiş oldu.

“Burada bir məqamı da qeyd etmək yerinə düşər: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə birillik əməkhaqlarını bu Fonda ianə etdilər. Əlbəttə ki, bu addımlar, Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə atılmış addımlar idi. Heydər Əliyev Fondunun aztəminatlı ailələrə sosial ərzaq yardımlarının paylanılması və görülən digər bu kimi işlər də Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamı, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisi idi. Biz çətin günlərdə də bir-birimizin yanında olmağı bacardıq”, - deyə müsahibimiz söyləyib.

A.Mir Feyzullazadə vurğulayıb ki, pandemiya ilə mübarizə Azərbaycan xalqının taleyüklü məsələlərin həllində daim dövlətin və hökumətin yanında olduğunu bir daha sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev xalqının ona olan güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, onu bu bəladan - pandemiyadan xilas etmək üçün ön sırada mübarizə aparır, yollar arayırdı. Şükürlər olsun ki, vaxtında görülən qabaqlayıcı tədbirlər də artıq öz müsbət və ürəkaçan nəticələrini verməyə başladı. Dünyanı bürüyən bu fəlakət, həm də bizə özümüzü tanımağa, bir-birimizi sevməyə səxavətli olmaq və bölüşməyi bacarmağa bir fürsət yaratdı. Ümid edirəm ki, bundan sonra da biz deyilənlərə əməl etməklə, bundan sonrakı mərhələləri də adlayacağıq, sadəcə, diqqətli olmalıyıq.

Bu gün ölkəmizin istənilən ekstremal vəziyyətə hər an hazır olduğunu qeyd edən A.Mir Feyzullazadə deyib: “Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onun siyasətinə dəstək verərək daim yanında olmalıyıq. Sözlə deyil, əməllərimizlə birlik göstərməli, üzərimizə düşən məsuliyyəti dərk etməli, fəaliyyət göstərdiyimiz sahədə bilik və bacarıqlarımızdan istifadə edərək şərəflə dövlətimizə xidmət etməliyik. Qoy indi hamı bilsin ki, Prezident İlham Əliyevin bir çağırışı ilə birlik göstərib işğal altında olan torpaqlarımızı da düşmən tapdağından azad etməyə hazırıq. Xalqla iqtidar arasında birlik sağlam təməllər üzərində qurulub. İnsanlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevə inam və sədaqəti tükənməzdi”.

 
Oxşar Xəbərlər

    ×