Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Onlayn müzakirə” rubrikasında ədəbiyyatşünaslarımız, yazıçı və şairlərimizlə müntəzəm görüşlər keçirilir
20.05.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi pandemiya dövründə oxuculara ədəbiyyatı təbliğ etmək məqsədilə “Onlayn müzakirə” rubrikasında ədəbiyyatşünaslarla, yazıçı və şairlərimizlə müntəzəm görüşlər keçirir. Rubrikanın təşkilində və keçirilməsində izləyicilərin rəy və təklifləri əsas götürülür.

Kitabxanadan bildirilib ki, “Onlayn müzakirə”nin növbəti qonağı “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov olub. Yaşar Zeynalov, həmçinin “Yeni nəşrlər” kataloq-jurnalının baş redaktorudur.

Kitabxananın “Instagram” hesabı üzərindən canlı olaraq yayımlanan görüşdə bədii ədəbiyyat, kitab və kitabın təbliği kimi mövzular müzakirə edilib.

 
Oxşar Xəbərlər

    ×