Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyəti bərpa olunub
20.05.2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarına uyğun olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyəti bərpa olunub.

Qoruğun mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları və metodiki göstərişlərinə əsasən ziyarətçilər qoruğu 10 nəfərdən artıq olmayan qruplarla, sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ziyarət edə bilərlər.

 
Oxşar Xəbərlər

    ×