Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif edib.
Rusiya Prezidentinin Fərmanı hüquqi informasiya rəsmi saytında dərc edilib.
Ç.Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bu təltifə layiq görülüb.