Facebook Pixel Code
GoMap XƏRITƏ
Xəbərlər
Tbilisidəki televiziya qülləsi və “Sülh korpusü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
29.05.2020

Mayın 28-də axşam saatlarında Tbilisinin ən hündür nöqtəsində, Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayının Gürcüstan paytaxtının mərkəzindən keçən hissəsində quraşdırılmış “Sülh korpusü” (şüşəli körpü) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan aksiya 28 May - Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

İşıqlandırma mayın 29-u səhər saatlarınadək davam edib.

Oxşar Xəbərlər

    ×