Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Musiqi məktəbi Respublika Gününə həsr olunmuş onlayn konsert keçirib
31.05.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində 28 May - Respublika Gününə həsr olunmuş videoçarx hazırlanıb və onlayn konsert keçirilib.

İdarədən bildirilib ki, bu əlamətdar gün münasibətilə xalqımızın mübarizə tarixini əks etdirən videoçarxı nəzəriyyə şöbəsinin müəllimi Nigar İsmayılova hazırlayıb.

Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycan bəstəkarlarından A.Zeynallı, Niyazi, T.Quliyev, S.Rüstəmov, Ə.Tağıyevin, eləcə də xarici bəstəkarlardan K.Debüssi, K.Qardelin əsərləri səsləndirilib.

 
Oxşar Xəbərlər

    ×