Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar hazırlanıb
08.06.2020

Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar hazırlayıb.

Kitabxanadan bildirilib ki, videoçarxlarda şairin ömür yolu və yaradıcılığından söhbət açılır və ona həsr olunan kitablar barədə məlumat verilir.

Qeyd olunur ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaradıb.

 
Oxşar Xəbərlər

    ×