Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
"Tıq-tıq və dostları möcüzələr axtarışında" animasiya filmi
09.06.2020

"Azanfilm" Studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 1-ci hissəsinin istehsalını tamamlayıb.

Animasiya filminin 1-ci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəmizə səyahət edir və balaca dostlarımıza orada bitən, nadir ağaclardan olan dəmirağac haqqında məlumat verir. Filmdə, həmçinin, başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə balacalarımlza çatdırılır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azanfilm" Studiyasında istehsal olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

 
Oxşar Xəbərlər

    ×