Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Sevilənlər sevənlər” rubrikası altında keçirilən canlı yayımlar davam edir
09.06.2020

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir.

Kitabxanadan bildirilib ki, iyunun 8-də keçirilən canlı yayımın növbəti qonağı Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və bədii qiraətçi Azad Şükürov olub. Qısa zamanda ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1100-dən çox istifadəçi qatılıb. Canlı yayımın aparıcısının və istifadəçilərin suallarını cavablandıran Azad Şükürov sənətə gəlişindən, ilk rollarından, korifeylər ilə xatirələrindən danışıb.

Söhbət əsnasında teatr və kino sənətinin maraqlı paralelləri aparılıb, qonaq həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açıb. Bu sənətdə peşəkarlığın üzərində daim işləmək, axtarışda olmaq, sənətə dair biliklərini artırmaq zəruriyyətindən danışılıb. Bundan əlavə, canlı yayım zamanı müasir teatr və kino sənəti, tamaşaçı tələbatı və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb. Canlı bağlantı zamanı Əməkdar artist çoxsaylı istəkləri nəzərə alaraq Nüsrət Kəsəmənlinin “Bir məktub yazacam sənə” və Rəsul Rzanın “Unutmayın” şerlərini səsləndirib. Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.

İstifadəçilər Azad Şükürovla keçirilən canlı yayıma

https://www.instagram.com/tv/CBLuuXohG2Y/

linkı vasitəsilə baxa bilərlər.

 
Oxşar Xəbərlər

    ×