Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bakı Musiqi Akademiyasında növbəti onlayn seminar
10.06.2020

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanalogiya və Akustika” elmi tədqiqat laboratoriyasında onlayn seminar keçirilib.

BMA-dan bildirilib ki, akademiyanın elmi işçisi Fidan Nəsirova seminarın əsas mövzusuna keçməzdən əvvəl, postsovet dövründə Azərbaycanda caz janrının yaranmasına, inkişafına ekspromt edərək, 1939-cu ildə görkəmli bəstəkarlarımız T.Quliyev və Niyazinin əməyi nəticəsində təşkil edilən caz orkestrinin, Rauf Hacıyevin 1957-ci ildə yaratdığı estrada orkestrinin yaranması ilə bağlı məlumat verib.

Bildirilib ki, Azərbaycanın musiqi tarixində ötən əsrin 60-cı illərində caz özünün uğurlu etapına daxil olduğu bir dövrdə, Bakıda bir neçə gənc istedadlı ifaçı bəstəkarların – V.Mustafazadə, R.Babayevin caz musiqisi sahəsindəki fəaliyyətləri təqdir edilərək, onlar tərəfindən yaradılan “Leyli”, “Sevil”, “Cəngi” estrada ansambllarının adları çəkilib. XX əsrin görkəmli bəstəkarı Qara Qarayevin çoxşaxəli yaradıcılığına müraciət olunaraq əsasən də səs (bas) və orkestr üçün yazdığı 3 Noktyürn (L.Xyuzun sözlərinə) işıqlandırılıb. Bəstəkar bu janra özünəməxsus şəkildə müraciət edərək, janrın emosional gücünü, lirik, dramatik, irqi ayrıseçkilik, qəhrəmanın acı taleyini qabarıq şəkildə musiqinin dili ilə açır.

Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın əməkdaşları iştirak ediblər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.

 
Oxşar Xəbərlər

    ×