Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Rusiyada iyulun 1-dən turizm müəssisələrinin tam fəaliyyətə başlayacağına ümid bəsləyirlər
10.06.2020

Rusiya Federal Turizm Agentliyi iyulun 1-dən ölkədə turizm müəssisələrinin tam fəaliyyətə başlayacağına ümid bəsləyir.

Bu fikri agentliyin rəhbəri Zarina Doquzova jurnalistlərə bildirib. O deyib ki, iyun ayı boyunca Rusiya turizmi yay mövsümünə hazırlığa başlayıb, kurort mövsümü isə artıq iyulun 1-dən başlanacaq. “Təbii ki, hər şey ayrı-ayrı regionların epidemioloji vəziyyətindən asılı olacaq”, - deyə o, vurğulayıb.

Z.Doquzova xatırladıb ki, iyunun 1-dən Rusiyada otellər və turizm sahəsi məhdudiyyətdən çıxışın 1-ci mərhələsinə start veriblər.

 
Oxşar Xəbərlər

    ×