Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
AZƏRTAC -ın fotomüxbiri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının qızıl medalına layiq görülüb
12.06.2020

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov ABŞ-da “Nyu-York - Manhetten 2020” Beynəlxalq Fotoqrafiya Festivalında Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl medalına layiq görülüb.

Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının prezidenti Rikkardo Busi, Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) prezidenti Elena Maktig, Amerika Foto Alyansının prezidenti Joanna Stolte, habelə dünyanın tanınmış fotoredaktorlarından və fotoustalarından ibarət səlahiyyətli beynəlxalq münsiflər heyəti festivalda dörd nominasiya üzrə iştirak edən dünyanın 70 ölkəsindən 900-dən çox fotoqrafın 14 min fotosuna baxıblar.

Fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına İlqar Cəfərovun 2016-cı ilin sentyabrında Braziliyada keçirilən Paralimpiya Oyunlarında çəkdiyi "Qalibin hissləri" fotosu layiq görülüb.

Qeyd edək ki, bu, AZƏRTAC-ın fotomüxbirinin beynəlxalq fotomüsabiqələrində 100-cü mükafatıdır. Onlardan 75-i FIAP tərəfindən keçirilən fotomüsabiqələrdə və fotofestivallarda qazanılıb.

Oxşar Xəbərlər

    ×