Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Onlayn konfransda Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq məsələləri müzakirə ediləcək
12.06.2020

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” mövzusunda beynəlxalq onlayn konfrans keçiriləcək.

Konfransda hər iki ölkənin tanınmış alim və mədəniyyət xadimləri mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Çıxışlarda konfransın əhəmiyyəti, Azərbaycan ilə Özbəkistan arasında mövcud əməkdaşlıq məsələləri, ötən illərdə humanitar sahədə həyata keçirilən layihələr, Türk Şurası çərçivəsində əlaqələrin genişləndirilməsi və Mədəniyyət Mərkəzinin gələcək planları haqqında məlumat veriləcək.

 
Oxşar Xəbərlər

    ×