Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
#menimsevimliyazarim çağırışında şair Nüsrət Kəsəmənlinin yaradıcılığı işıqlandırılıb
22.06.2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #menimsevimliyazarim çağırışında tanınmış şair Nüsrət Kəsəmənlinin yaradıcılığı işıqlandırılıb.

İdarədən bildirilib ki, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi virtual görüşün qonağı isə şair və kino aktyoru Rəşad Kəsəmənli olub.

Görüş zamanı Rəşad Kəsəmənli izləyicilərin suallarını cavablandırıb. Şairin şəxsiyyəti və yaradıcılığı, onun ədəbi irsi və düşüncələri övladının ifasında səslənən şeirlərlə müşayiət edilib.

Rəşad Kəsəmənli, həmçinin öz yaradıcılığı haqqında da söz açıb. İzləyicilərin xahişi ilə Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən bəhanəsiz get” şeirini səsləndirib.

 
Oxşar Xəbərlər

    ×