Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yazıçı və şairlərlə əməkdaşlığı davam etdirir.
İdarədən bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Xanım Mehdixanlı “Cəhənnəmdən gəlmiş mələk” oçerkini kitabxanaya təqdim edib.
Yazıçı öz aktuallığı ilə günün tələblərinə uyğun olan oçerkində maraqlı məqamlara toxunub. Oçerkdə bir həkimin pandemiya dövründəki fədakarlığından bəhs olunur. Koronavirusun həyatı iflic etdiyi günlərdə onun insanlara etdiyi yardım təsvir edilir. Oçerk insanların pandemiya vəziyyətində düşdükləri çətinliklərdən çıxış yolunu axtarmaqda bir-birinə kömək etməkləri üçün stimul verir.