Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Türk Şurasına üzv ölkələrin Turizm Nazirlərinin onlayn V konfransı keçiriləcək
22.06.2020

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Turizm Nazirlərinin V konfransı keçiriləcək.

Türk Şurasından verilən məlumata görə, videoformatla təşkil olunacaq konfransa quruma üzv ölkələrlə yanaşı Macarıstanın turizm naziri də qatılacaq.

Türk Şurasının Baş katibliyi tərəfindən iyunun 23-də təşkil olunacaq konfransda nazirlər yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iflic vəziyyətinə düşən turizm sektorunda canlanma yaratmaq üçün vəziyyətdən çıxış yolunu müzakirə edəcəklər.

Konfrans çərçivəsində Türk Şurasının “Modern İpək Yolu Turu” layihəsinə aid təqdimat olacaq.

 
Oxşar Xəbərlər

    ×