Polşanın www.turistiko.pl portalında yerli turistlər üçün Azərbaycanda mütləq gəziləcək yerlərin və dadılacaq təamların siyahısı dərc olunub.
Məqalədə polyaklar üçün görülməsi maraqlı yerlər olaraq Bakı, o cümlədən, Xalça Muzeyi, İçərişəhər, “Flame Towers”in müşahidə meydançası, Qız qalası, Fəvvarələr Meydanı, Port Baku, Heydər Əliyev Mərkəzi, Palçıq vulkanları, habelə Quba rayonun adı çəkilib.
Milli mətbəx nümunələrindən isə polyaklara piti, plov, dolma (bütün çeşidləri), cızbız, düşbərə, kabablar məsləhət görülür.