Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
DSX hava limanında yeni elektron qapılar quraşdırıb - Kimlər istifadə edə biləcək?
10.12.2019

Azərbaycan Prezidentinin “Azərbaycan Respublika­sında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sər­hədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəl­mə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa­baqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.

Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşa­ğıdakı ardıcıllıqla keçə biləcəklər:

- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qa­pının skan yerinə daxil edir.

Oxşar Xəbərlər

    ×