Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Kitabxana “Akademik Ziyad Səmədzadə” adlı sərgini virtual rejimdə təqdim edir
25.06.2020

Bu gün akademik Ziyad Səmədzadənin doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Akademik Ziyad Səmədzadə” adlı sərgi virtual rejimdə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə rəsmi sənədlər, akademikin fəaliyyətini əks etdirən fotolar, dövri-mətbuat resursları və alimin Azərbaycan, rus dillərində müəllifi, redaktoru, layihə rəhbəri olduğu kitabların elektron versiyaları yer alıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ziyad_Semedzade/index.html linkindən istifadə edə bilərlər.

Oxşar Xəbərlər

    ×