Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya yox deyək” adlı elektron məlumat bazası virtual olaraq təqdim olunub
25.06.2020

M.F.Axundzadə adına Milli Kitabxana “Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya yox deyək” adlı elektron məlumat bazasını virtual olaraq təqdim edib.

Kitabxanadan bildirilib ki, 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə hazırlanan məlumat bazası rəsmi sənədlər, beynəlxalq konvensiyalar, kitablar, məqalələr toplusu, nəşrlərin fotoqalereyası, videoqalereya və faydalı linklər bölmələrindən ibarətdir. Elektron məlumat bazasında təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Narkomaniya/index.htm linkindən istifadə edə bilərlər.

Oxşar Xəbərlər

    ×