Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan-Fransız Universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub
08.07.2020

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) riyaziyyat müəllimi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Nicat Əliyevin “H-infinity normasının minimizasiyası üçün alt-fəza üsulu” adlı məqaləsi yüksək reytinqli beynəlxalq jurnal “SIMAX”da dərc olunub.

UFAZ-dan bildirilib ki, jurnalın təsir faktoru hazırda 2.08-dir. Məqalədə müəllif qeyd edir ki, biz öz işimizdə yüksək tərtibli idarəetmə sistemlərinin “H-infinity” normasının minimizasiyasının hesablanması üçün olduqca sürətli yaxınlaşan yeni bir alt-fəza metodu təqdim etdik. Bu metodun sürətli və effektiv olduğunu həm nəzəri olaraq isbatladıq, həm də praktiki təcrübələrlə müşahidə etdik.

 
Oxşar Xəbərlər

    ×