Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Əvvəlki illərin məzunları üçün keçiriləcək qəbul imtahanlarına 1000-ə yaxın müəllim nəzarət edəcək
08.07.2020

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları üçün sərtləşdirilimiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanların keçirilməsi üçün müvafiq şəhər və rayonlarda ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi cəlb edilib.

 
Oxşar Xəbərlər

    ×