Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bu gün “YARAT” “Rəqəmsal yuxular”ı müzakirə edəcək
17.07.2020

Bu gün saat 21:00-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində “Rəqəmsal yuxular” mövzusunda rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə ikinci anonim virtual müzakirə olacaq.

“YARAT”dan bildirilib ki, müzakirələr zamanı “qeyri-adi vaxtlarda hansı yuxular insanları narahat edir”, qapalı vəziyyətdə şüuraltınızda nə baş verir”, fobiyalar, qarabasmalar və klaustrofobik ssenarilərlə bağlı mövzular müzakirə ediləcək.

Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda, kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edəcək.

 
Oxşar Xəbərlər

    ×