Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “MAGNUS yay məktəbi”nin ilk görüşü keçirilib
21.07.2020

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində onlayn “MAGNUS Yay Məktəbi”nin ilk görüş gününü təşkil edib.

ADNSU-dan bildiriblər ki, onlayn keçirilən yay məktəbini açıq elan edən bu ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara layihənin əhəmiyyəti və perspektivləri haqqında məlumat verib.

Daha sonra proqrama uyğun olaraq tərəfdaş universitetlərin müəllimləri öz mühazirələrini onlayn formada “MAGNUS Yay Məktəbi” çərçivəsində iştirakçılara təqdim ediblər.

Qeyd edək ki, ADNSU layihədə 7 bakalavr və 2 magistr tələbə ilə təmsil olunur. Ümumilikdə isə Azərbaycan və Rusiya universitetlərindən layihədə 44 tələbə iştirak edir.

 
Oxşar Xəbərlər

    ×