İyulun 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə “Milli Mətbuat-145” adlı virtual sərgi təqdim edilib.
Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan milli mətbuatının inkişafına dair rəsmi sənədlər, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən dövri-mətbuat nümunələri, mətbuat və jurnalistikamızın inkişafı tarixini əks etdirən kitab və məqalələrin elektron resursları yer alır. Milli mətbuatımızın keçib gəldiyi tarixi yolu əks etdirən resurslar tam mətnləri ilə verilib. “Milli Mətbuat-145” sərgisi ilə http://anl.az/el/vsb/22_iyul/index.html linki vasitəsilə tanış olmaq olar.